Aforizmlər

Bölüşdüyün bir sevinc ikiqat artar, bölüşdüyün bir kədər yarı-yarıya azalar. (Siseron)

Hər güldə tikan olar, ancaq hər tikanda gül olmaz. (Mövlana C. Rumi)

Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala bilməz. (Helderlin)

Səxavətsiz səadət olmaz. (Nəsirəddin Tusi)

Dünyada insanlar üçün ən aşkar və ən aydın dəlil onların özünün varlığıdır. (Nəsirəddin Tusi)

Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. (Nəsirəddin Tusi)

Azadlıq nəyin varsa onunla kifayətlənməkdədir. (Epikür)

Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir. (Epikür)

Dəfələrlə fikirləş, sonra dilə gətir, dönə-dönə götür-qoy et, sonra həyata keçir, çünki şərait dəyişilə bilər. (Nəsirəddin Tusi)

Nitq qüvvəsinin yeri beyin, qəzəb qüvvəsinin yeri ürəkdir. (Nəsirəddin Tusi)