Aforizmlər

İnsanlar üçün ən ideal nizam, onların xoşbəxt olduğu nizamdır. (Alber Kamyu)

İyirminci əsrimiz qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var. (Alber Kamyu)

Kainat insan üçün uyğunlaşmasızdır və bilinə bilməz. (Alber Kamyu)

Kəlimələr torba kimidir, içinə qoyulan şeyin şəklini alar. (Alber Kamyu)

Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır. (Alber Kamyu)

Qışın ən soyuq zamanında, mən nəhayət içimdə məğlub edə bilmədiyim bir yaz olduğunu öyrəndim. (Alber Kamyu)

Mən ümidsizliyi və bu dərdli dünyanı qəbul etməyərək, insanların birləşməsini və pis yazğılarına qarşı döyüşmələrini istəyirdim. (Alber Kamyu)

Mənim məşğuliyyətim, kitablarımı yazmaq, insanlarım və xalqım təhdid edildiyində döyüşməkdir. Bu qədər. (Alber Kamyu)

Mərhəmət faydasız olanda, insan ondan bezər. (Alber Kamyu)

Mətbuat azadlığı bəlkə də azadlıq düşüncəsinin gedərək alçaldılmasından ən çox ağrılı çəkmiş azadlıqdır. (Alber Kamyu)