Aforizmlər

Həyatda ən böyük xoşbəxtlik — insanların sizi özünüzə görə sevdiklərinə əmin olmaqdır. (Viktor Hüqo)

Həmişə bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada demək olar ki, sevgidən başqa heç nə yoxdur. (Viktor Hüqo)

Fəlsəfə, utanmazlığın müasir formasıdır. (Alber Kamyu)

Haqlı olma ehtiyacı, sıravi insanlara məxsusdur. (Alber Kamyu)

Hamımız öləcəyimizə görə, nə vaxt və necə olduğunun əhəmiyyətsizliyi ortadadır. (Alber Kamyu)

Heç bir şey, böyüklük qədər sadə deyil; çünki sadə olmaq, bir az da böyük olmaqdır. (Alber Kamyu)

Həyat bir şey deyil. Etinayla yaşayın. (Alber Kamyu)

İnancın yerə düşsə silahın da yerə düşər. (Alber Kamyu)

İnsan da, həyat da axmaqdır; boşunadır, təsadüfidir, möhkəm heç bir şey yoxdur, amma yenə də yaşamaq lazımdır. (Alber Kamyu)

İnsan heç vaxt tamamilə bədbəxt olmaz. (Alber Kamyu)