Aforizmlər

Əxlaqa dair nə bilirəmsə bunu futbola borcluyam. Çünki top heç bir zaman gözlədiyim küncdən gəlmədi. (Alber Kamyu)

Əslində ağıllı bir insan, bunu siz də çox yaxşı bilirsiniz, quldur olub cəmiyyətə yalnız şiddətlə hökm etmənin xəyalını qurar. Bu da bəzi romanlarda oxuduğumuz qədər asan olmadığından, ümumiyyətlə siyasətə girilər, ən zalım partiyaya qaçılır. Ağlımızı ayaq altına alırmışıq, nə əhəmiyyəti var, deyilmi? Beləcə dünyaya hökm edə bildikdən sonra..İçimdə zülmlə əlaqədar şirin xəyallar tapırdım. (Alber Kamyu)

Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır. (Alber Kamyu)

Aclıq, nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar. (Daniel Defo)

Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik. (Sokrat)

Aclıq - qidaya ən yaxşı ədviyyatdır. (Sokrat)

Əgər öz həyatını uzatmaq istəyirsənsə, yeməklərini qısalt (Bencamin Franklin)

Aclıq ilə qürur, heç vaxt tuş gələ bilməzlər (Conatan Svift)

Aclıq elə alçaq bir qapıdır ki, keçilməsi zəruri olanda, insan nə qədər böyükdürsə, o qədər çox əyilər (Viktor Hüqo)

Cavan oğlanda həqiqi sevginin birinci əlaməti — ürəksizlikdir, qızda — cəsarət (Viktor Hüqo)